Türkiyə ərazisində daha bir zəlzələ qeydə alınıb

A- A A+

Dekabrın 27-də Türkiyə ərazisində daha bir zəlzələ qeydə alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Aralıq dənizinin Türkiyənin Muğla şəhərinə yaxın bölgəsində yerli vaxtla saat 10:13-də 4,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların episentrinin dənizdə 6,72 kilometr dərinlikdə olduğu bildirilir.

Zəlzələnin təsiri barədə hələlik məlumat yoxdur.

Bu, gün ərzində Türkiyədə qeydə alınan ikinci zəlzələdir. Yerli vaxtla saat 9.37-də Elazığ şəhərində 5,3 bal gücündə zəlzələ baş verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: