Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək

A- A A+

Dekabrın 29-da Rusiyaya nəzərdə tutulan səfərimiz çərçivəsində ikitərəfli münasibətlər, əlaqələrimizin gələcək vəziyyəti, regional proseslərdə birgə əməkdaşlıq, o cümlədən Qafqazda uzunmüddətli sülhün yaradılması kimi mövzularda müzakirələr aparacağıq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında ifadə edib.

Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün Azərbaycanla Ermənistan arasında atəşkəsi nəzarətdə saxlamaq məqsədilə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandığını xatırladan nazir Mövlud Çavuşoğlu deyib ki, bu məsələ ilə bağlı Azərbaycanın ev sahibliyi ilə müzakirələr aparırıq. Proseslər Can Azərbaycanın ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarları çərçivəsində davam etməlidir. Səfər çərçivəsində bu məsələlər ətrafında da müzakirələr aparılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: