Ermənistanda müqaviləli hərbi qulluqçular etiraz edirlər, maaşı yarı miqdarda alıblar

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ermənistanın İcevan hərbi hissəsinin müqaviləli hərbi qulluqçuları “Joğovurd” nəşrinə müraciət ediblər.

Onlar etiraz edirlər ki, oktyabr və noyabr ayları üçün olan maaşlarını yarı miqdarda alıblar, aylıq 250 min erməni dramı əvəzinə 120 min erməni dramı alıblar.

İcevan hərbi hissəsinin hərbi qulluqçuları bildiriblər ki, onların hərbi hissəsində Qarabağ cəbhəsinə göndərilməmiş, Tavuş vilayətində xidmət etmiş, maaşını müəyyən olunan miqdarda almış hərbi qulluqçular var.

İcevan hərbi hissəsinin müqaviləli hərbi qulluqçuları maaşlarının yarı miqdarda verilməsinin səbəbinin nə olduğunu bilmirlər. Onlar bu məsələ üzrə komandirlərinə müraciət ediblər, lakin cavab almayıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: