Türkiyənin yeni növ koronavirus infeksiyasına qarşı Çindən aldığı vaksinin ilk hissəsi bu gün yerli vaxtla saat 5.30-da Ankaranın Esenboğa Hava Limanına gətirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məlumatı səhiyyə naziri Fahrettin Koca “Twitter” sosial şəbəkə hesabından paylaşaraq bildirib. Alınan vaksinin 14 gün müddətinə yoxlamadan keçiriləcəyini və onun ardından peyvəndləmənin başlanacağını bildirən nazir Çin istehsalı olan vaksinin yüksək keyfiyyətdə olmasını təsdiq edən sənədi də paylaşıma əlavə edib.