Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsal etdiyi koronavirusa qarşı vaksin təcili istifadə üçün tövsiyə olunan dərmanlar siyahısına əlavə edib.
NUHÇIXAN İnformasiya Agentliyi "TASS"a istinadən xəbər verir ki, sözügedən vaksin yeni növ koronavirus yayılmağa başlayandan sonra bu siyahıya daxil edilən ilk vaksin olub.
Məlumatda bildirilir: "Ümumdünya Səhiyyə Təşkilatı bu gün COVID-19-a qarşı "Comirnaty" vaksinini təcili istifadə üçün dərmanlar siyahısına əlavə edib və beləliklə "Pfizer" və "BioNTech" şirkətlərinin birgə istehsal etdiyi vaksin ÜST -dən təcili təsdiq alan ilk vaksin olub".
Qeyd edilir ki, müvafiq qərar vaksinin təhlükəsizliyi, effektivliyi və keyfiyyəti barədə məlumatların təhlilindən sonra qəbul edilib.