“Türk hava yolları” 2020-ci ildə Avropada ən çox reys həyata keçirən ikinci aviaşirkət olub

A- A A+

“Türk hava yolları” (THY) 2020-ci ildə gündəlik təxminən 626 uçuşla Avropada ən çox reys həyata keçirən ikinci hava yolu şirkəti olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) aviasiya sənayesi haqqında illik hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, THY 2019-cu ildə gündəlik təxminən 1331 uçuşla dördüncü sırada yer almışdı.

Sənədə əsasən, 2020-ci ildə Avropada təxminən 5 milyon uçuş icra edilib. 2019-cu ildə bu rəqəm 11,1 milyon olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: