David Zalkaliani: Gürcüstan GUAM-a sədrliyi dövründə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsini diqqət mərkəzində saxlayacaq

A- A A+

GUAM-a sədrlik yanvarın 1-dən Gürcüstana keçib. Gürcüstan 2022-ci il yanvarın 1-dək bu təşkilata sədrlik edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, 2021-ci il Gürcüstan üçün çox məhsuldar və məsuliyyətli olacaq.

Nazir deyib ki, ölkəsi GUAM-a sədrliyi dövründə təşkilat daxilində qarşılıqlı əlaqələri, siyasi, sektorlararası və parlamentlərarası əməkdaşlığın gücləndirilməsini, həmçinin insanlar arasında əlaqələrin dərinləşdirilməsini diqqət mərkəzində saxlayacaq.

Qeyd edək ki, Gürcüstan GUAM-a sədrliyi Azərbaycandan təhvil alıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: