Ermənistan minlərlə türk malını İran malları ilə əvəz etməyə məcbur oldu

A- A A+

İran İslam Respublikasının Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi Ermənistanın 2 250 türk malını İran malları ilə əvəzlədiyini açıqlayıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyi "Mehr" agentliyinə istinadən xəbər verir.

"Türkiyənin tətbiq etdiyi sanksiyalarla əlaqədar olaraq, Ermənistan həmin ölkədən gətirilən 2 250 malın İran malları ilə əvəzlənməsi niyyətindədir", - deyə İran rəsmisi bilirib.

O, bunun İran istehsalçıları üçün fürsət olduğunu qeyd edib.

Təşkilat rəsmisinin sözlərinə görə, Ermənistan üçün növbəti addım həm də İrandan ehtiyac duyduğu xammalın tədarükü olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: