Ermənistanın Qarabağ müharibəsində itkilərinin sayı yenidən artıb

A- A A+

Ermənistanın Səhiyyə Nazirliyi Qarabağ müharibəsində ölənlərin sayı ilə bağlı son statistikanı açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə səhiyyə naziri Arsen Torosyan sosial şəbəkədəki hesabında bildirib.

Onun sözlərinə görə, müharibədə 3 360 hərbi qulluqçu həlak olub. Bundan əlavə 2 500-dən çox məhkəmə-tibbi ekspertiza keçirilib.

Bütün bunlar Ermənistanın Qarabağ müharibəsindəki itkilərinin sayının durmadan artdığını göstərir. Qeyd edək ki, hazırda ermənilər hərbi əməliyyatların keçirildiyi ərazilərdə itkin düşən hərbçilərin axtarışlarını davam etdirirlər.

Yerli mətbuat Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. Bir sıra hərbi ekspertlər, Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan müharibədə azı 4 750 nəfərin məhv edildiyini etiraf edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: