Əhalisinin sayı 2,9 milyon nəfər olan Ermənistanda 16 min insan müasir köləlikdə yaşayır.
NUHÇIXAN "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu barədə "Walk Free Foundation" beynəlxalq qeyri-kommersiya təşkilatının hesabatında deyilir.
Müasir kölləliyin nisbi göstəricisi üzrə Ermənistan dünyanın 167 ölkəsi arasında 68-ci, Avropanın və Mərkəzi Asiya ölkələri arasında isə 50 ölkə arasında 13-cü yeri tutub.
Fondun məlumatlarına görə, dünyada müasir köləlikdə olan 40,3 milyon insan var, onların 71 faizi isə qadınlardır.