Ermənistan prezidenti koronavirusun yeni ştammına yoluxdu

A- A A+

Ermənistan prezidenti Armen Sarkisyan Londonda koronavirusun yeni ştammına yoluxub.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-nə istinadən xəbər verir ki, A.Sarkisyan özünütəcrid rejiminə alınıb.

Qeyd olunur ki, o, yanvarın 3-də Böyük Britaniya paytaxtında ayağından əməliyyat olunub. Əməliyyat uğurlu keçsə də, A.Sarkisyanda koronavirus simptomları aşkar edilib və verilən test müsbət nəticə verib.

Onun məhz yeni koronavirus ştammına yoluxduğu bildirilib. Prezidentin sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: