Ermənilər Şuşaya görə Paşinyanı lənətlədi

A- A A+

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlət başçısı "Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər", - deyə bildirib.

Gözlənildiyi kimi, erməni KİV-ləri Şuşaya Azərbaycanda bu qədər böyük dəyər verilməsini qısqanclıqla qarşılayırlar.

"Mediapor" hətta Ermənistan baş nazirinin Şuşa haqqında "məşhur" fikirlərini xatırladaraq Nikol Paşinyanın lənətləndiyini bildirib:

"Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdi. Xatırladaq ki, 44 günlük müharibənin yekunlaşdığı məlum kapitulyasiya aktından sonra baş nazir Nikol Paşinyan məğlubiyyətə görə özünə haqq qazandırırdı. O, Şuşa haqqında da fikirlər səsləndirmişdi. Paşinyan “Şuşa kədərli, bəxtsiz şəhər idi” deyərək bununla da özünə lənətlər yağdırdı".

Qeyd edək ki, Qarabağın incisi hesab olunan Şuşa şəhəri 2020-ci ilin noyabr ayının 8-də erməni işğalından azad edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: