Bütün ermənilərin katolikosu onları məsuliyyətə və fədakarlığa çağırıb və deyib ki, sarsıntılı bir sülh və müharibə təhlükəsi qarşısında lazımi sayıqlıq göstərilmədi. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin çərşənbə günü Qriqoqy Katedralindəki Milad ibadəti zamanı söyləyib.
“Əzizlərim, Məsihin ecazkar doğuşu, kədərlənən xalqımız üçün bir ümid və təsəlli mənbəyidir, xüsusən bu kədərli günlərdə, həyatımızın zərərli günah və səhvlərsiz olmadığı barədə düşündüyümüz zaman. Sarsıdıcı bir sülh və müharibə təhlükəsi qarşısında lazımi sayıqlıq göstərilmədi, xalqın mənafeləri, maraqları dar arzu və istəklərə tabe edildi”,- deyə II Qaregin bildirib.
Katolikos qeyd edib ki, erməni cəmiyyətinə tanrı qanunları əlehinə olan ruhlar, yad düşüncələr və adətlər nüfuz edib, həyat yalanlar, nifrət, düşmənçilik səbəbindən azad olmayıb və bu, insanları parçalayıb.
“Öz daxilində bölünmüş hər bir səltənət boş olacaq və içində bölünən hər hansı bir şəhər və ya ev salamat qalmaz",- deyə katalikos bununla əlaqədar olaraq İncildən də bir sitat gətirib.
O, Dağlıq Qarabağ müharibəsinin ermənilər, Ermənistan üçün faciəli nəticələrinin erməni xalqının ruhunu ümidsizlik, narahatlıq və qeyri-müəyyənlik hissi ilə doldurduğunu da qeyd edib.
“Dağlıq Qarabağda övladlarımızın şəhid olması, evlərini tərk etmək məcburiyyətində qalan on minlərlə qardaş və bacılarımızın ağrısı və kədəri, evsiz və ehtiyac içində olması, minlərlə yaralı və itkin düşən ermənilərin olması ilə həyatımız alt-üst oldu”,- deyə Kotolikos öz xalqı, ermənilər adından acı etiraflar edib.