Çində yeni növ SİM kart hazırlanıb

A- A A+

Çində kvant şifrləmə texnologiyası tətbiq edilmiş SİM kart təqdim edilib. Yenilik yerli şirkət tərəfindən işlənib hazırlanıb. Belə SİM kartlardan edilmiş zənglər dinləmədən qoruma sisteminə malikdir. Sözügedən məhsul artıq satışa çıxarılıb. Dinləmədən qoruma rejimi eyni SİM karta zəng vaxtı aktivləşir.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, Çində mobil rabitə çox aktiv templə inkişaf edir. Bu yaxınlarda “China Unicom” şirkəti yaddaş tutumu 128 QB-dək olan ilk SİM kart təqdim edib. O, yalnız fləş-daşıyıcıları əvəz etməyəcək, həm də rabitə çipi rolunu oynayacaq. Bütün müasir SİM kartlar 256 KB-dək daxili yaddaşa malikdir. O, yalnız məhdud yaddaş tutumuna malik əlaqə informasiyasının saxlanılması üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: