Ermənistanda əsgər valideynləri oturaq aksiya keçirir

A- A A+

Ermənistanda ikinci Qarabağ müharibəsindən sonra etirazlar daha da şiddətlənir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 44 gün ərzində xalqa yalan vədlər verib, "hər şeyin əla" olduğunu deyən hökumət yüz minlərlə vətəndaş tərəfindən lənətlənir.

Döyüş meydanında darmadağın olmuş erməni ordusunun əsgər və zabitlərinin bir hissəsinin itkin düşməsi, onların 2 ay keçməsinə baxmayaraq, hələ də tapılmaması xalqın qəzəbini alovlandırır.

Bu səbəbdən də övladlarından xəbər ala bilməyən əsgər valideynləri hökumətə qarşı kütləvi etirazlar keçirməklə öz narazılıqlarını ifadə edirlər.

Dünən gecə saatlarında bir qrup əsgər yaxını oturaq aksiya keçirmək qərarına gəlib. Müharibədə itkin düşən hərbçilərin ailə üzvləri Eçmiədzindəki hərbi hissənin qarşısında toplaşıblar. Onlar buradan uzaqlaşmayacaqlarını deyiblər. Etirazçılar özləri üçün qaz balonu və digər əşyalar gətiriblər.

Etirazçı valideynlər hərbi hissə rəhbərliyindən itkinlərlə bağlı dəqiq məlumat verilməsini tələb edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: