Böyük Britaniyada koronavirusa qarşı üçüncü peyvəndin istifadəsi də təsdiqlənib

A- A A+

Böyük Britaniya Amerikanın “Moderna” şirkəti tərəfindən istehsal olunan peyvəndin ölkədə koronavirusa qarşı istifadəsini təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, təsdiqlənən və istifadəsinə icazə verilən 3-cü peyvənddir.

“Moderna” peyvəndi COVID-19-a qarşı 94 faiz təsirlidir. Böyük Britaniya 7 milyon doza “Moderna” peyvəndi sifariş edib.

Baş nazir Boris Conson, üçüncü bir peyvəndin ölkəsində təsdiqlənməsinin əla xəbər olduğunu söyləyib.“Moderna” peyvəndlərinin Krallığa mart ayında gəlməsi gözlənilir. Bunun səbəbi peyvəndin hazırda yalnız ABŞ-da istehsal edilməsidir.
Qeyd edək ki, Britaniyada Pfizer-BioNTech və Oksford-AstraZeneca şirkətləri tərəfindən hazırlanan peyvəndlər istifadə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: