"Twitter" Trampın hesabını birdəfəlik blokladı

A- A A+

"Twitter" sosial şəbəkəsi "zorakılığa sonrakı təhrikçilik riskinə" görə ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabına girişi bağlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

"@realdonaldtrumpun və onu əhatə edən kontekstin bu yaxınlardakı paylaşımlarının dəqiq müzakirəsindən sonra biz hesabı zorakılığa sonrakı təhrikçilik riskinə görə daimi əsasda dondurduq", - şirkətin xəbərində deyilir.

Daha əvvəl "Twitter" Trampın hesabını 12 saatlıq dondurub və onu üç paylaşımı silməyəcəyi təqdirdə daimi bloklamaqla hədələyib. "Twitter" rəhbərliyinin fikrincə, bu paylaşımlar sosial şəbəkənin qaydalarını pozur.

Bundan əvvəl isə "Facebook" rəhbəri Mark Sukerberq bildirib ki, ABŞ prezidentinin "Facebook" və "İnstaqram" sosial şəbəkələrində hesabları minimum daha iki həftə dondurulmuş qalacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: