İndoneziyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb

A- A A+

İndoneziyalı xilasedicilər Yava dənizində qəzaya uğrayan "Sriwijaya Air" aviaşirkətinə məxsus təyyarənin qalıqlarını aşkar ediblər.

NUHÇIXAN İnformasiya Agentliyinin "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında İndoneziyanın Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Faxrul deyib.

Onun sözlərinə görə, təyyarənin qalıqları Laki və Lankanq adaları arasında tapılıb: "Yaxın zamanda bütün qalıqlar sahilə çatdırılacaq".

Xatırladaq ki, ötən gün İndoneziyanın "Sriwijaya Air" şirkətinə məxsus sərnişin təyyarəsi Yava dənizində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində azı 65 nəfər - 10 uşaq daxil olmaqla 53 sərnişin və 12 ekipaj üzvü olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: