Qazaxıstanda parlament seçkiləri başa çatıb

A- A A+

Qazaxıstanda parlament seçkiləri yerli vaxtla saat 20:00–da başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, seçicilər 14 bölgədə və respublika əhəmiyyətli üç şəhərdə yaradılan 10 mindən çox seçki məntəqəsində səs veriblər. Xaricdə yaşayan qazaxlar arasında ilk səs verənlər saat fərqinə görə Yaponiyada yaşayan vətəndaşlardır. Sonuncu səs verənlər isə ABŞ-da və Kanadada yaşayanlar olacaqlar.

Nur-Sultan vaxtı ilə saat 20:00-a kimi seçicilərin 63,1 faizi səs verib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmış 6 siyasi partiyadan Qazaxıstan Xalq, Nur Otan, Auıl Xalq Demokratik, Ak Jol Demokratik, və Adal siyasi partiya seçkilərdə mübarizə aparır.

Mərkəzi Seçki Komissiyası seçkilərin nəticələri barədə qərarını yeddi gün ərzində elan edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: