Yerə daha bir təhlükəli asteroid yaxınlaşır

A- A A+

Yaxın iki gün ərzində Yerin yaxınlığından potensial təhlükəli asteroid keçəcək.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə ABŞ Milli Aerokosmik Agentliyi (NASA) bildirib.

Qeyd olunur ki, 2020 WU5 asteroidi 2020-ci il noyabrın 29-da aşkar edilib. Mütəxəssislərin fikrincə, asteroidin diametri 1,1 kilometrə çatır.

Proqnozlara əsasən, asteroid Yerə 7,5 milyon kilometr məsafəyədək yaxınlaşa bilər. Bu məsafə Yer planeti üçün potensial təhlükəli hesab olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: