"Ford" Braziliyada minik avtomobillərinin istehsalını dayandırır

A- A A+

ABŞ-ın avtomobil şirkəti "Ford" Braziliyada minik avtomobili istehsalı zavodlarını bağlayır.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə şirkətin ölkədə olan nümayəndəliyinin saytında bildirilib.

Bildirilib ki, bunlar çox çətin qərarlardır, lakin sağlam və davamlı bir iş qurmaq üçün zəruridir:

"Braziliyada istehsalın dayandırılması ilə biz iş modelini daha çevik və rasional bir modelə dəyişdiririk".

"Ford" hazırlama mərkəzi və sınaq poliqonu, həmçinin qərargahı Braziliyada fəaliyyət göstərməyə davam edəcəkdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: