“Ümidimizi, gələcəyimizi və dövlətçiliyimizi itirdik” Suren Sarkisyan

A- A A+

“Biz yalnız ələ keçirdiyimiz torpaqları deyil, ümidimizi, gələcəyimizi, dövlətçiliyimizi də itirdik”. NUHÇIXAN İnformasiya Agentliyi Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə beynəlxalq məsələlər üzrə mütəxəssis Suren Sarkisyan özünün Facebook səhifəsində yazıb.

O, qeyd edib ki, Moskva görüşünü əhəmiyyətli bir diplomatik nailiyyət hesab etmək, kimi fikirlərə münasibətini bildirib və bunu, müharibəni əhəmiyyətli bir hərbi nailiyyət adlandırmaqla eyni şəkildə gülünc hesab etdiyini bəyan edib.

“Moskva görüşünü əhəmiyyətli bir diplomatik nailiyyət hesab etmək, müharibəni əhəmiyyətli bir hərbi nailiyyət adlandırmaqla eyni şəkildə gülünc səslənir. Hər iki vəziyyətdə də heç bir şey əldə edə bilmədik, sadəcə, təslim olduq və məğlub olduq. Yalnız vətənimizin yarısını deyil, ümidimizi, gələcəyimizi, dövlətçiliyimizi, subyektivliyini və nüfuzumuzu da itirdik”,- deyə Sarkisyan öz sosial şəbəkə hesabında yazıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: