Türkiyədə əhalinin peyvəndlənməsinə başlanılıb

A- A A+

Türkiyədə əhalinin COVID-19-a qarşı peyvəndlənməsinə başlanılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda ilk peyvəndlər İstanbulda Oxmeydanı professor Cəmil Taşcıoğlu adına Tədris-Araşdırma Xəstəxanasında səhiyyə işçilərinə vurulur.

Türkiyədə əhaliyə Çin istehsalı olan “Sinovac” peyvəndi tətbiq olunur.

Peyvəndləmə dörd mərhələdə aparılacaq. Peyvənd ilkin mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olanlar, yaşlı, əlil, qoruma evlərində qalan vətəndaşlara vurulacaq. Növbəti mərhələdə isə risk qruplarına daxil olan və yaşı 50-dən yuxarı olanlar peyvəndlənəcək.

Xatırladaq ki, Türkiyədə ilk peyvənd ölkənin səhiyyə naziri Fahrettin Kocaya vurulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: