Türkiyənin Zonquldak vilayətindən İstanbul istiqamətində hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, avtobusun Ereyli bölgəsində aşması nəticəsində ilkin məlumata görə, sərnişinlər arasında çoxlu sayda yaralı var.
Qəzanın baş verdiyi əraziyə çoxlu sayda təcili tibbi yardım briqadaları cəlb olunub.
Faktla bağlı təhqiqat aparılır.