Türkiyədə aparılan vaksinasiya prosesi dünyanın bir sıra ölkəsi tərəfindən yaxından izlənilir

161

Türkiyədə tətbiq olunan əhalinin vaksinasiyası prosesi dünyanın bir sıra ölkəsi tərəfindən yaxından izlənilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı dünya mediasında yer alan xəbərlərin əsas mövzusu peyvəndləmə prosesinin sürəti və aparılma ardıcıllığıdır. Belə ki, Türkiyədə prosesin başladığı ilk iki gün ərzində 500 mindən çox insana peyvənd vurulub. Ölkə ərazisində əhalinin peyvəndlənməsi prosesi xüsusi plan üzrə davam edir. Dörd mərhələ və müəyyən qruplar üzrə aparılan vaksinasiyanın ilk mərhələsində səhiyyə işçiləri, yaşlılar, əlillər, qoruma evlərində olan və orada işləyənlər, eləcə də yaşı 65-dən yuxarı olanlar peyvəndlənirlər. İlkin mərhələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, səhiyyə naziri Fahrettin Koca və bir sıra dövlət nümayəndələrinə də peyvənd vurulub.

COVID-19 peyvəndinin yan təsirləri barədə açıqlama verən Türkiyə Prezidenti yanvarın 14-də peyvənd olunmasına baxmayaraq indiyədək heç bir yan təsir hiss etmədiyini bildirib.

Vaksinasiya prosesinin ikinci mərhələsində xidmət sektorunun fasiləsiz fəaliyyətində yaranan çətinliklərin aradan qaldırılması üçün dövlət müəssisələrində işləyənlər peyvəndlənəcəklər. Bunlara nazirliklərin əməkdaşları, təhsil, qida və nəqliyyat sahəsində xidmət göstərənlər daxildirlər. Bu mərhələdə əhali arasında yaşı 50-64 arası olanların da peyvəndlənməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: