Dənizdə batan “Arvin” gəmisindən altı nəfərin həyatı xilas edilib

A- A A+

Qara dənizin Türkiyə səmtində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Rusiya dövlət bayraqlı “Arvin” adlı quru yük gəmisinin ekipajından altı nəfər xilas edilib, dörd nəfərin cəsədi tapılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bartın limanındakı gəmilər və Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi heyəti axtarış-xilasetmə işlərini davam etdirir. Türkiyə Milli Müdafiə Nazirliyi qəza hövzə rayonuna kömək üçün kater göndərib.

Bartın valisi Sinan Güner açıqlamasında bildirib ki, “Arvin” Gürcüstandan Bolqarıstana yük daşıyırmış. Gəminin Bartın limanı ilə əlaqəsi olmadığı üçün digər məlumatlar yoxdur. Gəmidə 12 nəfər ekipajın olduğu bildirilir.

İlkin məlumata görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub. Hazırda Qara dənizdə fırtınalı hava hökm sürür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: