Fevralın 15-dən etibarən Türkiyədə orta məktəblərin mərhələli şəkildə açılması planlaşdırılır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin milli təhsil naziri Ziya Selçuk bildirib.
Məlumatda qeyd edilir ki, ilkin mərhələdə təhsil müəssisələrinin hər iki dərs günündən bir fasilə verməsi və ya bəlli siniflər səviyyəsində mərhələli şəkildə fəaliyyət göstərməsi şərti ilə açılması nəzərdə tutulur.
Hazırda bu planlar ətrafında danışıqlar aparılır.