Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti İraqda səfərdədir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfər çərçivəsində İraq Prezidenti Bəhram Saleh, Baş nazir Mustafa əl-Kazımi, müdafiə naziri Cuma Anad və daxili işlər naziri Osman Qanimi ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler də daxildir.