GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb

A- A A+

GUAM 2021-ci ildəki prioritet fəaliyyətini açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu il GUAM xarici tərəfdaşlar və beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirəcək. Artıq GUAM ilə İsrail dövləti arasında əməkdaşlıq sazişi tam razılaşdırılıb, yaxın vaxtlarda sənədin imzalanması nəzərdə tutulub.

Eyni zamanda, yaxın gələcəkdə GUAM və Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı arasında əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılıb.

Məlumata görə, 2021-ci ildə GUAM ölkələri arasında rəqəmsal ticarət mərkəzinin yaradılması planı da var. Bu layihə üzərində iş gedir, artıq GUAM İnternet Platformasının yaradılması üçün baza doldurulur.

Qeyd edək ki, bu il GUAM-a sədrlik Gürcüstana keçib. 2020-ci ildə Azərbaycanın təşkilata sədrliyi dövründə 30-dan artıq görüş keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: