Qazaxıstan hökumətinin yeni tərkibi müəyyənləşib

A- A A+

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, beləliklə, yanvarın 10-da keçirilən parlament seçkilərindən sonra istefa verən Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib.

Ölkənin Baş naziri vəzifəsinə yenidən Askar Mamin təyin olunub.

Qeyd edək ki, Qazaxıstanın Təhlükəsizlik Şurasının sədri, ölkənin sabiq Prezidenti Nursultan Nazarbayev A.Mamini Baş nazir postunda saxlamağı tövsiyə etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: