Qazaxıstanda xarici ölkə vətəndaşlarının qeydiyyatsız qalma müddəti uzadılıb

A- A A+

Qazaxıstanda xarici ölkə vətəndaşlarının qeydiyyatı qaydalarında dəyişiklik olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Miqrasiya Xidməti Komitəsinin sədr müavini Sabırjan Seytjanov bildirib.

Koronavirusun yayılmasının qarşısının alınması üzrə İdarələrarası Komissiya vizaları, səyahət sənədləri və qeydiyyat müddəti bitmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Qazaxıstanda qalma müddətini 2021-ci il iyunun 5-dək uzadıb.

COVID-19 pandemiyası ilə əlaqədar birbaşa nəqliyyat əlaqələrinin olmaması, tranzit sərhədlərin bağlanması, təyyarə biletlərinin yüksək qiymətləri - bütün bu amillər qanuna tabe olan xarici vətəndaşların əksəriyyətinin vaxtında Qazaxıstandan çıxmasına mane olur.

Mövcud vəziyyəti nəzərə alaraq qeyd etmək lazımdır ki, ölkəni tərk edən xarici vətəndaşlar inzibati məsuliyyətə cəlb olunmayacaqlar.

Xatırladaq ki, Qazaxıstanda COVID-19 virusunun yayılmasının qarşısının alınması istiqamətində məhdudlaşdırıcı tədbirlər çərçivəsində Fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Prezident yanında Dövlət Komissiyası mart ayında ölkədəki əcnəbilərin vizalarının və iş icazələrinin müddətinin uzadılması barədə qərar qəbul etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: