Almaniyanın xarici işlər naziri Heiko Maas Türkiyəyə səfər edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Almaniyanın xarici işlər naziri Heiko Maas Ankarada görüşlərdən sonra birgə mətbuat konfransı keçiriblər.
Türkiyə-Almaniya münasibətlərinin inkişafını yüksək dəyərləndirən nazir Mövlud Çavuşoğlu bildirib ki, iki ölkə arasında ticarət əlaqələrinin genişliyi əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Nazir qeyd edib ki, Türkiyə bütün problemlərin danışıqlar və dialoq yolu ilə həllində maraqlı olmaqla bərabər, haqlı mövqelərinin müdafiəsində də qərarlıdır.
Heiko Maas isə ölkəsinin Türkiyə-Avropa İttifaqı münasibətlərinin genişlənməsini arzu etdiyini vurğulayıb.