Bu gün Yerevanda milli rüsvayçılığa qarşı etiraz aksiyası keçiriləcək

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi “News.am”a istinadən xəbər verir ki, Ermənistanın ikinci prezidenti olmuş Robert Koçaryanın Azad edilməsi Komitəsinin üzvləri bu gün Yerevanda etiraz aksiyası keçirəcəklər.

“Bu vəziyyət kimin üçün qəbuledilməzdirsə, milli rüsvayçılığa qarşı etiraz aksiyasına dəvət edirik. Aksiya yanvarın 19-da saat 12:30-da Şenqavit məhkəməsinin binası qarşısında başlanacaq”, - deyə Robert Koçaryanın Azad olunması Komitəsinin bəyanatında deyilir.

"Yanvarın 19-da guya Konstitusiya quruluşunun devrilməsi haqqında iş üzrə növbəti məhkəmə iclası olacaq. Cəfəngiyat davam edir. Dövlət maraqlarına xəyanət sərhəd tanımır", - bəyanatda qeyd edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: