Ermənistanda Koçaryanın məhkəməsi bərpa olunub - Etiraz aksiyası keçirilir

A- A A+

Yerevanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəmə prosesi bərpa olunub.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda dörd aylıq fasilədən sonra məhkəmənin növbəti iclası keçirilir.

Eyni zamanda R.Koçaryanın tərəfdarları məhkəmə binası qarşısında etiraz aksiyası keçirir. Aksiya zamanı hökumət əleyhinə şüarlar səsləndirilir.

Qeyd edək ki, R.Koçaryan 2008-ci ilin martında baş vermiş kütləvi etiraz aksiyaları ilə əlaqədar dövlət çevrilişi cəhdində ittiham olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: