Çin 2024-cü ildə ABŞ-ı geridə qoyaraq dünyada "Əşyalar interneti" üzrə ən böyük bazar olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “International Data Corporation” tədqiqat agentliyinin məlumatına əsasən, 2024-cü ilədək Çinin "Əşyalar interneti"nə xərcləri təxminən 300 milyard dollara çatacaq və yaxın 5 ildə ümumi orta illik artım tempi 13 faiz səviyyəsində saxlanılacaq.
2024-cü ildə qlobal "Əşyalar interneti" xərclərinin 26,7 faizi Çinin, 23,8 faizi ABŞ və 23,4 faizi Qərbi Avropanın payına düşəcək.