Ötən ilin hesablamalarına əsasən, İstanbul hava limanı sərnişin sayına görə Avropada birinci olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2020-ci ildə bu aeroportdan ümumilikdə 23 milyon 409 min 132 sərnişin istifadə edib.
Qeyd edək ki, İstanbul hava limanı 2020-ci il iyulun 24-də Beynəlxalq Hava Limanları Şurası (ACI) tərəfindən “Hava limanı sağlamlıq akkreditasiyası" proqramı çərçivəsində sertifikat alan ilk aeroport olub.