Ermənistanda çörəyin qiyməti 7,4 faiz bahalaşıb

A- A A+

Ermənistanda inflyasiya gücləndikcə istehlak məhsullarının qiyməti artır. Keçən ilin sonlarına Ermənistanda istehlak qiymətləri 2019-cu ilə nisbətən orta hesabla 3,7 faiz artıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təkcə dekabr ayında ölkədə inflyasiya 3,4 faiz olub. Ötən ilin son ayında Ermənistanda inflyasiya sürətlənib. Ən çox bahalaşma isə 3,3 faiz olmaqla paytaxt İrəvanda qeydə alınıb.

Mətbuatın yazdığına görə, 2020-ci ilin dekabrında un və un məhsulları (çörək) və dənli bitkilərin qiyməti orta hesabla 7,4 faiz, süd məhsulları və pendirin qiyməti orta hesabla 5,8 faiz, yumurtanın qiyməti isə 13,1 faiz artıb. Eyni zamanda, qida və spirtsiz içkilər 4,9 faiz, spirtli içkilər və tütün məhsulları 10,4 faiz bahalaşıb.

Bahalaşma bununla bitməyib. Dekabr ayı ərzində Ermənistanda benzin və dizel yanacağının qiymətləri də müvafiq olaraq 4,1 faiz və 2,9 faiz bahalaşıb.

Əhalinin ödəmə qabiliyyəti isə daha çox azalıb. Hazırda əhali qrupu arasında istehlak olunan təbii qazın və elektrik enerjisinin dəyərinin ödənilməsində ciddi problemlər yaşanır. Son hesablamalara görə, əhalinin 90 faizi qaz və elektrik enerjisinin dəyərini ödəyə bilmir və onların borcu milyon dollarla ölçülür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: