İran Azərbaycandan Qətərə kənd təsərrüfatı malları daşıyan yük avtomobilləri üçün alınan rüsumu ləğv edib

A- A A+

İran Azərbaycandan Qətərə kənd təsərrüfatı malları daşıyan hər bir yük maşınından alınan 600 dollar məbləğindəki rüsumu ləğv edib.

NUHÇIXAN xəbər verir ki, bunu iyulun 25-də sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini İbrahim Əliyev bildirib.

İ.Əliyev deyib: “Azərbaycan Qətər dövlətinə daha çox kənd təsərrüfatı məhsulları ixrac edir. Bu yük daşımaları əsasən İran üzərindən həyata keçirilir. Bundan əvvəl, Qətərə yük daşımaları ilə bağlı bir yük avtomobili üçün İran tərəfi 600 dollar rüsum alırdı. Bu da yük daşıyıcıları üçün məqbul deyildi. İran ilə Azərbaycan arasında müvafiq komissiyanın sonuncu iclasında bu rüsumun ləğv olunması barədə qərar qəbul edilib”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: