Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirilib

A- A A+

Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirakçıları Qaqik Cangiryan və Armen Xaçaturyanın Ali Məhkəmə Şurasına üzv seçilmələrinə etiraz ediblər.

Onların namizədliyini hakim “Mənim addımım” parlament fraksiyası irəli sürüb.

Armen Xaçaturyan Ermənistan Xüsusi İstintaq Xidmətinin rəisi Sasus Xaçaturyanın qardaşıdır.

Müxalifətin qənaətincə, hakimiyyət bununla da məhkəmə sistemini öz nəzarəti altına alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: