Türkiyənin milli təhsil naziri: Fevralın 15-dən şagirdlərimizi məktəblərdə görmək istəyirik

A- A A+

Fevralın 15-dən şagirdlərimizi məktəblərdə görmək, təhsil müəssisələrində salamlamaq istəyirik. Pandemiya ilə bağlı vəziyyəti nəzərə alaraq bununla bağlı qiymətləndirmə aparılır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Türkiyənin təhsil müəssisələrində tətilinin başlaması ilə əlaqədar açıqlamasında ölkənin milli təhsil naziri Ziya Selçuk bildirib.

Pandemiya ilə əlaqədar bu il Türkiyənin təhsil müəssisələrində qış tətilinin üç həftə davam etməsi nəzərdə tutulur.

Xatırladaq ki, daha əvvəl bununla bağlı açıqlama verən nazir fevralın 15-dən etibarən Türkiyədə orta məktəblərin mərhələli şəkildə açılmasının planlaşdırıldığını bildirmişdi. Qeyd olunmuşdu ki, ilkin mərhələdə təhsil müəssisələrinin mərhələli şəkildə fəaliyyət göstərməsi şərti ilə açılması nəzərdə tutulur.

Qeyd edək ki, bu qərar ali təhsil müəssisələrinə şamil edilmir. Bununla bağlı hər universitet tərəfindən daxili qərarın veriləcəyi bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: