Ukraynanın Xarkov şəhərində Qocalar evində baş verən yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar yanvarın 23-də ölkə ərazisində matəm elan olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski hadisə yerində olandan sonra keçirdiyi brifinqdə məlumat verib.
Baş verən faciəvi hadisə ilə bağlı dövlət qurumlarının hesabatını dinlədiyini deyən V.Zelenski bütün detalların araşdırılacağını bildirib.
Qeyd edək ki, yanvarın 21-i yerli vaxtla 15:03-də Qocalar evinin ikimərtəbəli binasında baş verən yanğın nəticəsində 15 nəfər həlak olub. Bununla bağlı saxlanılan şəxslər Qocalar evinin sahibi, inzibatçısı, kirayəçisi və onun arvadıdır. Qocalar evi qanunsuz fəaliyyət göstərib və qeydiyyatı olmayıb.