Beşqapılı “Lada Niva Legend” avtomobili satışa çıxarılıb

A- A A+

Rusiyanın “AvtoVAZ” şirkəti “Black” seriyasında yeni “Lada Niva Legend” beşqapılı avtomobilini satışa çıxarıb.

NUHÇIXAN İnformasiya Agentliyi şirkətin saytına istinadla xəbər verir ki, avtomobilin dizaynı əvvəlkilərdən qara rəngə daha çox üstünlük verilməsi ilə fərqlənir. Yeni “Lada Niva Legend” avtomobilinin qiyməti 729 min rubldan (təxminən 16 580 manat) başlayır.

Qeyd edək ki, “Black” seriyasına “Vesta”, “Xray” avtomobillərinin kross variantları, eləcə də “Lada Niva Legend”in üçqapılı variantı daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: