Türkiyədə növbəti üçgünlük “Evdə qal!” rejimi başlayıb - FOTOLAR

A- A A+

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilərək məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq “Evdə qal!” rejimi başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 22-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən rejim üç gün davam edəcək və yanvarın 25-i saat 5:00-da başa çatacaq. Həmin gün həftənin ilk beş gününü əhatə edən rejimə uyğun olaraq saat 21:00-da səkkiz saatlıq “Evdə qal!" məhdudiyyəti tətbiq ediləcək.

Səhiyyə Nazirliyinin məlumatına görə, yanvarın 22-də ölkə üzrə 163 min 342 nəfər koronavirus testindən keçirilib. Onlardan 5969 nəfərdə infeksiya aşkarlanıb, 734 nəfər COVID-19 infeksiyası səbəbindən xəstəxanalara yerləşdirilib. Sutka ərazində 149 nəfər bu infeksiyanın qurbanı olub, 6018 nəfər sağalıb. COVID-19 yayılandan indiyədək Türkiyədə bu xəstəliyə 2 milyon 418 min 472 nəfər yoluxub, 24 min 789 nəfər vəfat edib. Hazırda 2003 nəfər reanimasiyadadır.

Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimini iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21-dən başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: