Cozef Bayden: ABŞ-da iqtisadi böhran dərinləşir

A- A A+

Koronavirus pandemiyası ABŞ-da iqtisadi böhranı dərinləşdirir və onunla mübarizə üçün qətiyyətli və təcili tədbirlər lazımdır.

NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden bildirib.

"Böhran yalnız dərinləşir. Vəziyyət yaxşılaşmır, o (böhran-red) yalnız dərinləşir”, - Ağ Ev rəhbəri etiraf edib. "Dünən biz bildik ki, daha 900 min amerikalı işsizlik müavinətlərinə görə müraciət edib", - prezident bildirib.

Onun sözlərinə görə, dövlət bu şəraitdə ona görə vətəndaşlara kömək etməyə məcburdur ki, bu, "mənəvi borcdur", həmçinin "təcili iqtisadi ehtiyacdır".

"Biz hərəkət etməliyik, bizim bu dəqiqə hərəkət etməyimizə zərurət var", - Amerika lideri vurğulayıb. "Biz cəsarətlə və qətiyyətlə hərəkət etməliyik", - Bayden əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: