KİV: Ermənistanda konstitusiyaya dəyişiklik ediləcək

A- A A+

Ermənistanın hakim “Mənim addımım” parlament fraksiyası konstitusiyada dəyişiklik layihəsini müzakirə edir.

NUHÇIXAN İnformasiya Agentliyi “Haykakan jamanak”a istinadən xəbər verir ki, dəyişiklik qəbul edilərsə, Ermənistan parlamentinin özünüburaxmaq hüququ olacaq.

Layihəyə əsasən, Ermənistan Konstitusiyasının 92-ci maddəsinə dəyişiklik nəzərdə tutulub. Dəyişiklikdə bildirilib ki, deputatların 3/5-nün qərarı ilə parlament buraxıla və növbədənkənar seçkilər keçirilə bilər. Parlament buraxıldıqdan sonra seçkilərin keçirilməsi müddətində dəyişiklik edilməsi təklif olunur - 40 gündən tez, 55 gündən gec olmayaraq.

Ekspertlərin fikrincə, hakim fraksiya dəyişikliyi parlamentdə təsdiq etdirəcəyi ehtimalı böyükdür. Odur ki, Ermənistanda yaxın 3-4 ayda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: