Erməni döyüşçü: “Cəbrayılda hərbi hissə bütün tərkiblə mövqelərə çıxarılmayıb, alay komandiri qaçıb”

A- A A+

“Müharibənin ilk günü rəqib müdafiəmizi bütün istiqamətlərdə yarmağa çalışıb, lakin o, yalnız iki yerdən, cənubda Cəbrayıl hərbi hissəsinin sağ qanadından və şimalda Talış kəndinin qarşısından yarmağa nail olub”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu erməni müharibə iştirakçısı Davit Yeğişyan deyib.

“Niyə rəqib bu iki istiqaməti yara bildi?

Talış istiqaməti barədə məlumatım yoxdur, amma cənub, Cəbrayıl istiqaməti barədə müharibə günlərində diqqətəlayiq şeylər öyrəndim, bu, düşünməyə imkan verir.

Oktyabrın sonunda Cəbrayılın hərbi hissəsində xidmət edən bir hərbi qulluqçu ilə danışdım, o, müharibənin əvvəlində yaralanmışdı, İrəvanda əməliyyat olunmuşdu və artıq bizim yanımıza geri qaytarılmışdı, çünki Cəbrayıl artıq türklərin əlində idi.

Mən ondan başlanğıcda rəqibin müdafiəmizi keçə bildiyinin necə olduğunu danışmağı xahiş etdim.

O, mənə bildirdi ki, sentyabrın 26-da artıq hamının sentyabrın 27-də rəqibin öz bütün ordusu ilə genişmiqyaslı hücuma başlayacağını bilməsinə baxmayaraq, hərbi hissə bütün tərkiblə mövqelərə çıxarılmayıb. Əsgər dedi ki, onların alay komandiri qaçıb”, - deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: