ABŞ dollarının dizaynında yenilik olacaq

A- A A+

ABŞ Prezidenti Co Baydenin administrasiyası ABŞ dollarının dizaynında dəyişiklik etməyə qərar verib.

NUHÇIXAN İnformasiya Agentliyi xarici mətbuata istinadən xəbər verir ki, dəyişiklik 20 dollarlıq əskinasları əhatə edəcək.

Belə ki, mövcud əskinasların üzərində olan ABŞ-ın 7-ci prezidenti Endrü Ceksonun şəklini köləlik əleyhinə mübarizə aparan afroamerikalı fəal Harriet Tabmanın şəkli əvəz edəcək.

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib: "Əskinaslarımızın ölkəmizin tarixini və müxtəlifliyini əks etdirməsi vacibdir. Harriet Tubmanın şəkli ilə yeni 20 dollarlıq əskinas buna hesablanıb".

Xatırladaq ki, 20 dollarlıq əskinasın dizaynının yenilənməsi təklifi ilə ilk dəfə keçmiş prezident Barak Obamanın administrasiyası çıxış edib, amma Donald Trampın administrasiyası dövründə bu məsələ təxirə salınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: