İndoneziyanın ən fəal Merapi vulkanı püskürməyə başlayıb

A- A A+

Yanvarın 27-də səhər saatlarında İndoneziyanın ən fəal Merapi vulkanı püskürməyə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Yerli KİV-lərə istinadla xəbər verir ki, vulkandan çıxan lava yamac boyunca 1500 metrədək yayılıb.

Yava adasındakı Cokyakarta şəhəri Vulkanologiya və Geoloji Anomaliyaların İdarə Olunması Mərkəzinin rəhbəri Haniki Humayda bildirib ki, hazırkı püskürmə yerli hakimiyyət orqanlarının ötən ilin noyabrında təhlükə dərəcəsini artırmasından sonra baş verən ən güclüsüdür.

Xanım Haniki Humayda, həmçinin bildirib ki, hazırda təhlükə dərəcəsi ikinci səviyyəyə qaldırılıb və sakinlərdən kraterdən beş kilometr məsafədə aralı qalmaları xahiş olunub.

Əlavə olaraq bildirək ki, adı “Odlu dağ” mənası daşıyan Merapinin hündürlüyü 2968 metrə çatır və o, İndoneziyanın ən fəal vulkanı hesab edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: