Türkiyə alimləri COVID-19-u bir dəqiqəyə məhv edən preparat hazırlayıb

A- A A+

Türkiyənin Bursa bölgəsi Uludağ Universitetinin Mikrobiologiya kafedrasının əməkdaşları koronavirusu bir dəqiqəyə məhv edən burun aerozolu hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məlumatı “Daily Sabah” qəzeti yayıb.

“Genoxyn” adlanan aerozol professor Şehim Gülsün Temel, doktor Ahmet Ümit Sabancı və Cüneyt Ozakın tərəfindən hazırlanıb.

Ü.Sabancı bildirib ki, onlar araşdırmanı pandemiyadan əvvəl başlayıblar: “Biz preparatın antibakterial fəallığa malik olduğunu sınaqdan çıxardıq. Pandemiyadan sonra ondan COVID-19-a qarşı istifadə edilməsinin mümkünlüyü üzərində işləməyə başladıq. Araşdırmalarımız sübut etdi ki, bu aerozol ağız və burun boşluqları toxumalarındakı virusu məhv edə bilər. Bu COVID-19-un yayılmasının qarşısını alır, sayını azaldır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: