Ukrayna Hərbi Dəniz Qüvvələri bu il “Bayraktar TB2” pilotsuz aparatlar kompleksini alacaq - FOTOLAR

A- A A+

Bu il Ukrayna Hərbi Dəniz Qüvvələri Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz aparatlar kompleksini alacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Aleksey Neijpapa Odessa şəhərindəki Türkiyənin “Baykar Makina” şirkətinin nümayəndələri ilə görüş zamanı bildirib.

“Bu il Ukraynanın Hərbi Dəniz Qüvvələri həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək pilotsuz aparatlar kompleksini əldə edəcək”, - deyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı vurğulayıb.

“Baykar Makina” şirkətinin Baş direktoru Haluk Bayraktar isə deyib: “Biz pilotsuz uçuş kompleksləri hazırlayırıq. Ukraynaya dəstək olaraq ən son texnologiyaları təqdim edirik. Biz qarşıya qoyduğumuz məqsədlərə birgə nail olmaq üçün Ukrayna tərəfdaşları ilə öz təcrübəmizi həmişə bölüşəcəyik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: